Xəzər Xəbər

"Ferrari" pilotu Şarl Lekler ilk gündə sıralama turunun birincisi olub

İdman | 18:45 • 28 Aprel 2023
"Ferrari" pilotu Şarl Lekler ilk gündə sıralama turunun birincisi olub

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sıralama yürüşü başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub.

"Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari”nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.

28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

"Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq."

"Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək."

Xəbər lenti

Çox oxunanlar