Xəzər Xəbər

"Formula - 2"də qəza baş verib FOTO

İdman | 15:56 • 28 Aprel 2023
"Formula - 2"də qəza baş verib

Bakı şəhər halqasında keçirilən "Formula - 2" yarışlarının sıralanma turunda qəza baş verib.

Xezerxeber.az xəbər verir ki, sıralama turunda “PHM Racing”in pilotu Bred Benavidesin bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb və yararsız hala gəlib.

Aprelin 29-da Formula 2-də sprint, ertəsi gün isə əsas yarış keçiriləcək. Sprint yarışında pilotlar 21, əsas yarışda isə 29 dövrə vuracaqlar.

Xəbər lenti

Çox oxunanlar