Xəzər Xəbər

“Qarabağ”ın eks futbolçusu Kadi oyun zamanı huşunu itirdi FOTO

İdman | 10:30 • 25 Aprel 2023
“Qarabağ”ın eks futbolçusu Kadi oyun zamanı huşunu itirdi

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.

Xezerxbeer.az xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşmadan sonra yerə yıxılıb və bir neçə saniyə huşunu itirib.

"Futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib"

Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. 

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Xəbər lenti