Xəzər Xəbər

Əfsanəvi futbolçu Zanetti Azərbaycana gəlir FOTO

İdman | 18:02 • 24 Aprel 2023
Əfsanəvi futbolçu Zanetti Azərbaycana gəlir

Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə sabiq müdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

"Zanetti hazırda Tbilisidədir və burada İnter Akademiyasının üzvləri ilə görüşlər keçirir. Gürcüstandan sonra isə onun Azərbaycana səfər edəcəyi deyilir"

50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.

Qeyd edək ki, Xavyer Zanetti 1995-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.

Xəbər lenti