Xəzər Xəbər

"Qarabağ"ın məşqində futbolçunun ürəyində problem yaranıb

İdman | 15:44 • 22 Aprel 2023
"Qarabağ"ın məşqində futbolçunun ürəyində problem yaranıb

“Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadənin səhhətində narahatlıq yaranıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə verib.

O deyib ki, komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb: “Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı check-up müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.

Komanda rəsmisinin sözlərinə görə, hazırda vəziyyət nisbətən stabilləşib: “Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.

Xəbər lenti

Çox oxunanlar