Xəzər Xəbər

Musa Qurbanlı İtaliya klubunun əsas transfer hədəfidir

İdman | 11:00 • 12 Aprel 2023
Musa Qurbanlı İtaliya klubunun əsas transfer hədəfidir

Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı İtaliyanın “Torino” komandasının idman direktoru Davide Vaqnatın əsas transfer hədəfidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “footballnews24.it” saytı məlumat yayıb.

Bildirilib ki, gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini Azərbaycan millisinin üzvü ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Davide Vaqnat daha bir qafqazlının A seriyası üçün yeni kəşf olacağına inanır.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən M.Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayınadəkdir.

Xəbər lenti