Xəzər Xəbər

Şahin Bağırov Voleybol Federasiyasının prezidenti seçilib

İdman | 16:14 • 11 Aprel 2023
Şahin Bağırov Voleybol Federasiyasının prezidenti seçilib

Aprelin 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.

 Xezerxeber.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. 

Yığıncaqda həmçinin Faiq Qarayev və Bəhruz Quliyev federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.

Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə federasiyanın sabiq prezidenti Cavid Qurbanova təşəkkür plaketi təqdim edib.

Xəbər lenti

Çox oxunanlar