Xəzər Xəbər

Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb

İdman | 13:25 • 10 Aprel 2023
Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb.

Xezerxeber.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının XXIX turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, Q.Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.

Q.Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.

Qeyd edək ki, Q.Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Çox oxunanlar