Xəzər Xəbər

Bu "Formula 1 Azərbaycan Qran Prisi" sonuncu ola bilər RƏSMİ DANIŞIQLAR GEDİR

İdman | 12:26 • 8 Aprel 2023
Bu "Formula 1 Azərbaycan Qran Prisi" sonuncu ola bilər

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Xezerxeber.az verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.

Onun sözlərinə görə, müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar