Xəzər Xəbər

Rusiya və Belarus Bakıdakı dünya çempionatında iştirak edə biləcək QƏRAR

İdman | 13:31 • 3 Aprel 2023
Rusiya və Belarus Bakıdakı dünya çempionatında iştirak edə biləcək

Rusiya və Belarus taekvondoçularının beynəlxalq yarışlarda iştirakına icazə verilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərarı Ümumdünya Taekvondo Federasiyası açıqlayıb.

Qurumun Şurasının toplantısında qərara alınıb ki, hər iki ölkənin idmançıları təşkilatın bayrağı altında yarışlara buraxılsın. Bunu Rusiya yığmasının baş məşqçisi Vadim İvanov açıqlayıb. O bildirib ki, iştirak edəcəkləri ilk yarış Bakıdakı dünya çempionatı olacaq.

Qeyd edək ki, taekvondo üzrə 26-cı dünya çempionatı mayın 29-dan iyunun 6-dək Bakıda keçiriləcək.

Xəbər lenti