UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” – “Gent” qarşılaşması keçirilib.
Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi Belçikanın “Gent” komandasını 1:0 hesabı ilə məğlub edib.
Matçın 78-ci dəqiqəsində Ağdam komandasının futbolçusu Leandro Andrade baxımlı qola imza atıb.
Qeyd edək ki, cavab qarşılaşması fevralın 23-də Belçikada təşkil olunacaq.