“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Belçikanın "Gent" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş bu gün saat 21:45-da başlayacaq.
Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.
Bu, Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci görüşü olacaq.
"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın "Marsel" komandasına məğlub olaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.