Xəzər Xəbər

Harri Keyn yeni rekorda imza atıb

İdman | 13:27 • 6 Fevral 2023
Harri Keyn yeni rekorda imza atıb

“Tottenhem” klubun futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Xezerxeber.az xəbər verir ki, 29 yaşlı oyunçu İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” ilə matçda (1:0) qol vuraraq buna nail olub. Bununla da, London təmsilçisində vurduğu qolların sayını 267-ə çatdıran ingiltərəli hücumçu klub tarixinin ən çox qol vuran futbolçusu olub. O, Cimmi Qrivzi (266 qol) geridə qoyub.

Qeyd edək ki, bu qol eyni zamanda Keynin Premyer Liqada vurduğu 200-cü qol olub.

Xəbər lenti

Çox oxunanlar