Xəzər Xəbər

İtaliya millisinin sabiq hücumçusu vəfat edib

İdman | 15:47 • 6 Yanvar 2023
İtaliya millisinin sabiq hücumçusu vəfat edib

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, bu gün 58 yaşında dünyasını dəyişib.

Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya seçməsi ilə “Avro-2020”nin qalibi olub. Futbolçu olaraq isə “Avro-1988”də və 1990-cı ildə İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.

Xəbər lenti

Çox oxunanlar