Xəzər Xəbər

“Qarabağ”ın sabiq futbolçusu Polşada klubunu dəyişib

İdman | 16:33 • 4 Yanvar 2023
“Qarabağ”ın sabiq futbolçusu Polşada klubunu dəyişib

Ağdamın “Qarabağ” komandasının sabiq futbolçusu Simeon Slavçev Polşada klubunu dəyişib.

Xezerxeber.az xəbər verir ki, yarımmüdafiəçi “Veçistu” klubu ilə 2,5+1 illik müqavilə imzalayıb.

Bolqarıstanlı futbolçu Üçüncü Liqada mübarizə aparan komandada 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, S.Slavçev 2018-2020-ci illərdə "Qarabağ"da oynayıb. Onun son klubu Polşanın “Lexiya” komandası olub.

Xəbər lenti