Ötən gün keçirilən Polşa - Argentina görüşündə qapıçı Voyçex Şesni ilə Lionel Messi mərc edib.
Bu barədə təcrübəli qapıçı açıqlamasında bildirib.
O deyib ki, argentinalı ulduzla hakimin penalti təyin etməyəcəyinə dair mərc edib: “Hakim VAR-a getdiyi zaman Messi ilə danışırdıq. Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Amma mərci uduzdum. Ona pul verməyəcəm. Messinin artıq kifayət qədər pulu var”.