İspaniyalı yarımmüdafiəçi Gavi mundiallar tarixində qol vuran ən gənc futbolçular siyahısına adını yazıdırıb. Belə ki, Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında İspaniya 7:0 Kosta Rika oyununda fərqlənən Gavi mundiallar tarixində qol vuran ən gənc üçüncü futbolçu olub.
Xezerxeber.az AZƏRTAC-a istinadən futbol üzrə dünya çempionatlarında qol vuran ən gənc 10 futbolçunu təqdim edir:
1. Pelé (17 yaş və 239 gün)- Braziliyada Uelsə qarşı 1958-ci il 19 iyun.
2. Manuel Rosas (18 yaş və 93 gün)- Meksikada Argentina qarşı –1930-cu il 19 iyul.
3. Gavi (18 yaş və 110 gün)- İspaniyada Kosta Rikaya qarşı –2022-ci il 23 noyabr.
4. Maykl Oven (18 yaş və 190 gün)- İngiltərədə Rumıniyaya qarşı –1998-ci il 22 iyun.
5. Nikolay Kovaş (18 yaş və 197 gün)- Rumıniyada Peruya qarşı –1930-cu il 14 iyul.
6. Dmitri Sıçev( 18 yaş və 231 gün)- Rusiyada Belçikaya qarşı –2002-ci il 14 iyun.
7. Lionel Messi(18 yaş 357 gün)- Argentinada Serbiya və Monteneqroya qarşı –2006-cı il 16 iyun.
8. Julian Green(19 yaş və 25 gün)- ABŞ-da Belçikaya qarşı –2014-cü il 1 iyul.
9. Divock Origi(19 yaş və 65 gün)- Belçikada Rusiyaya qarşı –2014-cü il 22 iyun.
10. Martin Hoffman( 19 yaş və 88 gün)- Şərqi Almaniyada Çiliyə qarşı –1974-cü il 18 iyun.