Xəzər Xəbər

ABŞ millisinin Uels komandası ilə görüşü heç-heçə ilə başa çatıb

İdman | 09:25 • 22 Noyabr 2022
ABŞ millisinin Uels komandası ilə görüşü heç-heçə ilə başa çatıb

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Xezerxeber.az xəbər verir ki, B qrupunun ikinci - günün son matçında ABŞ yığması Uelslə üz-üzə gəlib.

“Əhməd ibn Əli” stadionunda keçirilən görüş 1: 1 hesabı ilə başa çatıb. Qolları ABŞ komandasında 36-cı dəqiqədə Timoti Vea, rəqib yığmasında isə 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl vurublar. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.

Qeyd edək ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Dohadakı “Xəlifə” stadionunda keçirilən görüş İngiltərə millisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda - “Al-Tumama” stadionunda keçirilən A qrupunun ikinci matçında Niderland yığması Seneqalı 2:0 hesabla məğlub edib. Bu qrupda mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub. 

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək.

Xəbər lenti

Çox oxunanlar