Xəzər Xəbər

Şumaxerin bolidi rekord məbləğə satılıb

İdman | 09:20 • 11 Noyabr 2022
Şumaxerin bolidi rekord məbləğə satılıb

Mixael Şumaxerin 2003-cü ildə dünya çempionluğunu qazandığı bolid hərracda 14,6 milyon ABŞ dollarına satılıb.

Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bu, yeddiqat dünya çempionunun idarə etdiyi bolidlər arasında satılan ən dəyərli yarış avtomobili kimi tarixə düşüb. Bunadək rekord 2017-ci ildə qeydə alınmışdı. Həmin ildə almaniyalı Formula 1 pilotunun 2001-ci il mövsümündə idarə etdiyi bolid 7,5 milyon dollara öz sahibini tapmışdı.

Mixael Şumaxerin oğlu Mik Şumaxerin mövsümün sonunda “Haas”la müqaviləsi başa çatır. Hələ ki, heç bir komanda ona yeni müqavilə təklif etmir. Formula 1-in sabiq rəhbəri Berni Ekklsotun isə Mikin Formula 1-də gələcəyinin olmadığını bildirib: “Mən Mikin Formula 1-də qalacağını düşünmürəm. Çoxları onun uğursuz çıxışına görə təəssüflənir. İndiki vəziyyətdə biz bilmirik, problem onun özündə, yoxsa çıxış etdiyi komandadır. Amma heç kim də deyə bilməz ki, Mik favorit komandaların birində mübarizə aparmağa layiqdir. Mənə elə gəlir ki, Şumaxer artıq Formula 1-i unudub başqa seriyalı sürət yarışları haqqında fikirləşməlidir”.

Xatırladaq ki, Mik Şumaxer ötən mövsümdən Formula 1-də çıxış edir. O, “Haas” komandasının heyətində keçirdiyi ilk mövsümdə 19-cu yeri tutmuşdu. Bu il isə 23 yaşlı pilot şəxsi birincilikdə 17-ci sırada qərarlaşıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024