Xəzər Xəbər

Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək

İdman | 10:00 • 7 Noyabr 2022
Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam klubu UEFA Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan Azərbaycan çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə gerçəkləşəcək.

Xəbər lenti