Noyabrın 6-da İtaliya A Seriyasının 13-cü turunun növbəti oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, Turinin “Yuventus” klubu öz meydanında “İnter”i qəbul edib.
“Allianz Stadium”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 52-ci dəqiqədə Adrien Rabiot açıb. Son nöqtəni isə 84-cü dəqiqədə Nikolo Faqioli qoyub.
Bununla da “Yuventus” 13 oyundan sonra 25 xal toplayaraq turnir cədvəlində 5-ci sırada qərarlaşıb. “İnter” isə 24 xalla 7-ci yerdədir.
Qeyd edək ki, turnir cədvəlinə 13 oyundan sonra 35 xal toplayan “Napoli” başçılıq edir. 29 xalla “Milan” ikinci, iki xal az toplayan “Latsio” klubu isə üçündə sırada qərarlaşıb.