Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku yarışına start verilib.
Xezerxeber.az xəbər verir ki, yarışın birinci günündə A və B qrupunda qarşılaşmalar keçiriləcək.
İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəlirlər.
Saat 16:00-da turnirin açılış mərasimi olacaq.
Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyəcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.