UEFA Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Xezerxeber.az xəbər verir ki, altıncı turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu Bakıda Almaniyanın “Frayburq” komandasını qəbul edəcək.
Daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.
Günün oyunları aşağıdakılardır:
E qrupu
21:45 - "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
21:45 - "Şerif" (Moldova) - "Omoniya" (Kipr)
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
21:45 - "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya)
21:45 - "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya)
Xal durumu: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5
G qrupu
21:45 - "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
21:45 - "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa)
Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2
H qrupu
21:45 - "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan)
21:45 - "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6
A qrupu
00:00 - "Arsenal" (İngiltərə) - "Sürix" (İsveçrə)
00:00 - "Budö Qlimt" (Norveç) - PSV (Niderland)
Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3
B qrupu
00:00 - "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)
00:00 - "Renn" (Fransa) - AEK (Larnaka, Kipr)
Xal durumu: "Fənərbağça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1
C qrupu
00:00 - "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan)
00:00 - "Betis" (İspaniya) - HİK (Finlandiya)
Xal durumu: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1
D qrupu
00:00 - "Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya)
00:00 - "Braqa" (Portuqaliya) - "Malmö" (İsveç)
Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" – 0.