Xəzər Xəbər

"Qarabağ" həlledici oyuna çıxır

İdman | 10:08 • 3 Noyabr 2022
"Qarabağ" həlledici oyuna çıxır

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Xezerxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda G qrupunun VI turunda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan "Qarabağ" "Frayburq"u məğlub etsə, digər matçın nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələcək.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edəcək.

Xəbər lenti