Xəzər Xəbər

Çempionlar Liqası: Bundesliqa təmsilçisi 1/8 finala adlayıb

İdman | 09:08 • 3 Noyabr 2022
Çempionlar Liqası: Bundesliqa təmsilçisi 1/8 finala adlayıb

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu - VI turun daha 2 oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, F qrupuna təsadüf edən matçlarda "Real Madrid" İspaniyada "Seltik"i (Şotlandiya) 5:1, "Leyptsiq" (Almaniya) isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını 4:0 hesabı ilə məğlub edib.

Bundesliqa təmsilçisi bu nəticə ilə "kral klubu"ndan sonra qrup ikincisi kimi 1/8 finala adlayıb. Donetsk təmsilçisi yoluna Avropa Liqasının pley-offunda davam edəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarla vidalaşıb.

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya) - 5:1

Qollar: Luka Modriç, 6 (penalti), Rodriqo, 21 (penalti), Marko Asensio, 51. Vinisius Junior, 61. Federiko Valverde, 71 - Jota, 84

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya) - 0:4

Qollar: Kristofer Nkunku, 10. Andre Silva, 50. Dominik Soboslai, 62. Dani Olmo, 68

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

Xəbər lenti