Xəzər Xəbər

Erlinq Holand parlaq çıxışının səbəbini belə izah etdi

İdman | 17:56 • 4 Oktyabr 2022
Erlinq Holand parlaq çıxışının səbəbini belə izah etdi

“Mançester Siti”nin hücumçusu Erlinq Holand parlaq oyun sərgiləməsinin səbəbini düzgün qidalanma ilə əlaqələndirib.

"Daily Mail" 22 yaşlı norveçlinin dediklərini belə çatdırıb: 

 

“Hər ev oyunundan əvvəl atamın bişirdiyi lazanyanı yeyirəm. Görünür, bu, öz bəhrəsini verir. Yəqin ki, atam lazanyaya bəzi xüsusi inqrediyentlər əlavə edir. Mən isə bu işdə ona yardımçı olmağa çətinlik çəkirəm. Düzü, çox vaxt divanda uzanıb atama baxıram”.

Qeyd edək ki, Holand bu yay qoşulduğu "şəhərlilər"in forması ilə 17 qola imza atıb. Dortmund "Borussiya"sından transfer edilən gənc ulduz artıq İngiltərə Premyer Liqasının 3 matçında het-trik etməyə də imkan tapıb./fanat.az

Xəbər lenti