Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qərara əsasən, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün matçlarından öncə İndoneziyanın “Kanjuruhan” stadionunda baş verən faciəvi hadisənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.