Türkiyə Super Liqasının 8-ci turunda "Fənərbağça" səfərdə "Beşiktaş" ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.
"Sabah" xəbər verir ki, İstanbul derbisi Avropanın nəhəng ölkələrinin klubları tərəfindən böyük maraqla izlənib. Belə ki, sözügedən oyunu seyr edənlər arasında İtaliya, İngiltərə, İspaniya təmsilçilərinin skautları olub. Xəbərə görə, yeni mövsümdə öz çıxışları ilə diqqətləri cəlb edən "sarı-lacivərtlər"in 3 oyunçusu - Ferdi Kadıoğlu, Migel Krespo və Atilla Salai maraq dairəsində olub.
Mənbə onu da qeyd edir ki, adı sadalanan futbolçular qarşıdakı turlarda izlənməyə davam edəcək./ Offsideplus.az