UEFA bayrağı altında çıxış edən ölkələrdə keçirilən yerli çempionatlar içində yalnız iki klub xal itirmədən inamla irəliləyir.
XəzərXəbər xəbər verir ki, bu klublardan biri Azərbaycan təmsilçisi “Qarabağ” və Yunanıstan “Panathinaikos”udur.
Sevindirici haldır ki, “Qarabağ” klubu Avropa Liqasında uğurlu çıxışı ilə yanaşı yerli çempionatda da uğurlarını davam etdirir. Belə ki, “köhlən atlar” 7 oyunda maksimum nəticə toplayaraq 21 xal qazanmağı bacarıb.
Yunanıstan təmsilçisi isə 6 oyunda 18 xal toplayıb.
Məlumat üçün bildirək ki, dünənə kimi siyahıda “Real Madrid” klubu da olub. Lakin “Osasuna” ilə heç-heçə edən Kral klubu bu mövsüm ilk dəfə xal itirib.