Ağdamın “Qarabağ” klubu vacib oyun ərəfəsində Kevin Medinadan xoş xəbər alıb.
Xezerxeber.az xəbər verir ki, kolumbiyalı futbolçunun zədəsi tam sağalıb.
Medinanın bu gün oynayıb-oynamaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Digər zədəli müdafiəçilər – Maksim Medvedev və Rahil Məmmədovun durumu isə qeyri-müəyyəndir.
Bu gün Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da start götürəcək.