Xəzər Xəbər

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

İdman | 19:20 • 29 Sentyabr 2022
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistanın futbol üzrə milli komandası baş məşqçisiz qalıb.

Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, Ermənistan Futbol Federasiyası və Xoakin Kaparros arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 

Buna yığmanın Millətlər Liqasındakı uğursuzluğu səbəb olub. B liqasında qrup sonuncusu olan komanda C divizionuna yuvarlanıb.

Qeyd edək ki, 67 yaşlı ispaniyalı mütəxəssis 2020-ci ilin martından Ermənistan millisini çalışdırırdı. Yığma məhz onun rəhbərliyi altında ötən mövsüm Millətlər Liqasının B liqasına yüksəlmişdi.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024