İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi nailiyyətə imza atıb.
Xezerxeber.az xəbər verir ki, futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununda müvəffəq olub.
Matçın 61-ci dəqiqəsində penaltini dəf edən Sommer ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
Təcrübəli oyunçu 2020-ci ilin noyabrından penaltilərin qolla nəticələnməsinə imkan verməyib.