“Mançester Siti” rəhbərliyinin komandasının ulduz yarımmüdafiəçisi İlkay Gündoğanla yeni müqavilə hazırladığını bildirib.
İnformasiya insaydert Fabritsio Romanoya məxsusdur.
2023-cü ilin yayında futbolçunun “şəhərlilər”lə müqaviləsi başa çatır və çoxları onu öz komandasında görmək istəyir.
Klub yarımmüdafiəçini saxlamaq niyyətindədir.
Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 10 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib./fanat.az