UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib.
XəzərXəbər xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 görüş reallaşıb.
A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirmişdi. İngiltərə yığması bu turda da İtaliyaya uduzmaqla B Liqasına düşüb. Macarlar isə Almaniyada da qələbə qazanmaqla dördlər finalında oynamaq şanslarını artırıb.
B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina evdə Monteneqronu yenərək A Liqasına yüksəlib. Finlandiya isə Rumıniya ilə qollu bərabəliyə razılaşıb.
Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı məğlub etməklə B Liqasında yerini təmin edib. Bolqarıstan isə Cəbəllütariqi darmadağın edib.
Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edirdi. Estonlar əsas hədəfinə qələbə sayəsində çatıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
23 Sentyabr
A Liqası, 3-cü qrup
Almaniya – Macarıstan 0:1
Qol: Salai, 17.
İtaliya – İngiltərə 1:0
Qol: Raspadori, 68.
Xal: Macarıstan – 10. İtaliya – 8. Almaniya – 6. İngiltərə – 2.
B Liqası, 3-cü qrup
Bosniya və Herseqovina – Monteneqro 1:0
Qol: Demiroviç, 45+1.
Finlandiya – Rumıniya 1:1
Qollar: Pukki, 12 – Tanase, 52.
Xal: Bosniya və Herseqovina – 11. Monteneqro – 7. Finlandiya – 5. Rumıniya – 4.
C Liqası, 4-cü qrup
Gürcüstan - Şimali Makedoniya 2:0
Qollar: Miyovski, 35-öz qapısına. Kvaratsxeliya, 64.
Bolqarıstan – Cəbəllütariq 5:1
Qollar: Antov, 23. Despodov, 36. Kirilov, 52. Stefanov, 55. Petkov, 81 – Çipolina, 26.
Xal: Gürcüstan – 13. Şimali Makedoniya – 7. Bolqarıstan – 6. Cəbəllütariq - 1.
D Liqası, 2-ci qrup
Estoniya – Malta 2:1
Qollar: Sappinen, 45+6-pen. Anier, 86 – Teuma, 51-pen.
Xal: Estoniya – 9. Malta – 6. San Marino – 0