Xəzər Xəbər

Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq

İdman | 14:12 • 23 Sentyabr 2022
Qazaxıstan millisi Azərbaycan yığması ilə oyuna itki ilə çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığması oyuna itki ilə çıxacaq.

Xezerxeber.az xəbər verir ki, Asxat Tagibergen cəzalı duruma düşüb.

Yerli “Tobol” klubunun futbolçusu bu səbəbdən sentyabrın 25-də Bakıda keçiriləcək görüşdə oynamayacaq. Qazaxıstan millisinin kapitanı 5-ci turun Belarusla görüşündə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Qazaxıstan millisi 13 xalla qrup liderliyini təmin edib və B liqasına vəsiqə qazanıb. Azərbaycan millisi isə 7 xalla 2-cidir.

Xəbər lenti

Çox oxunanlar