Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
XəzərXəbər xəbər verir ki, A, C və D Liqaları çərçivəsində ümumilikdə 10 oyun baş tutub.
A Liqasında Niderland yığması adını final mərhələsinə yazdırıb. “Narıncılar" buna Varşavada Polşaya qalib gəlməklə nail olublar. Qrupun digər matçında Belçika Uelsi üstələyib.
1-ci qrupda Fransa millisi evdə Avstriyanı 2 cavabsız qolla yenib. Danimarka yığması isə Xorvatiyadadan əliboş dönüb.
C Liqasında Türkiyə yığması Lüksemburqla 3:3 hesablı bərabərliyə razılaşaraq sona bir tur qalmış B Liqasına vəsiqəni təmin edib.
Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Qazaxıstan yığması da Belarusa qalib gəlməklə B Liqasına yüksəlib. Yığmamız isə səfərdə Slovakiyanı yenərək qrupda ikinci pilləyə qalxıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
22 sentyabr
A Liqası, 1-ci qrup
Fransa – Avstriya 2:0
Qollar: Mbappe, 56. Jiru, 65.
Xorvatiya – Danimarka 2:1
Qollar: Sosa, 49. Mayer, 79 – Eriksen, 77.
Xal: Xorvatiya – 10. Danimarka – 9. Fransa – 5. Avstriya – 4.
A Liqası, 4-cü qrup
Polşa – Niderland 0:2
Qollar: Qakpo, 13. Berqveyn, 60.
Belçika – Uels 2:1
Qollar: De Bröyne, 10. Batşuayi, 37 – Mur, 50.
Xal: Niderland – 13. Belçika – 10. Polşa – 4. Uels – 1.
C Lqası, 1-ci qrup
Türkiyə – Lüksemburq 3:3
Qollar: Ünder, 16-pen. Şanot, 39-öz qapısına. Yüksək, 87 – Martins, 8. Sinani, 37. Rodriqes, 69.
Litva - Farer adaları 1:1
Qollar: Slivka, 44 – Andreasen, 22.
Xal: Türkiyə – 13. Lüksemburq – 8. Farer adaları – 5. Litva – 1.
C Lqası, 3-cü qrup
Qazaxıstan – Belarus 2:1
Qollar: Qabışev, 29. Zaynutdinov, 79 – Savitski, 45+3.
Slovakiya – Azərbaycan 1:2
Qollar: Yirka, 90+3-pen. – Dadaşov, 44. Haqverdi, 90+5.
Xal: Qazaxıstan – 13. Azərbaycan – 7. Slovakiya – 6. Belarus – 2.
D Liqası, 1-ci qrup
Latviya – Moldova 1:2
Qollar: İkaunikes, 55 – Revenko, 26. Nikolaesku, 45.
Lixtenşteyn – Andorra 0:2
Qollar: Rosas, 4. Çervos, 80.
Xal: Latviya – 12. Moldova – 10. Andorra – 7. Lixtenşteyn – 0.