Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.
XəzərXəbər xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.
Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olacaq. Türkiyə yığması Lüksemburqu qəbul edəcək. "Ay-ulduzlular" evdə rəqibinə uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq.
Azərbaycan millisinin yer aldığı 3-cü qrupda da bir məsələlərə aydınlıq gələ bilər. Slovakiya evdə Canni De Byazinin baş məşqçi olduğu komandaya uduzsa, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq və B Liqasına yüksələcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
22 sentyabr
A Liqası
1-ci qrup
22:45. Fransa - Avstriya
22:45. Xorvatiya - Danimarka
Xal durumu: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2
4-cü qrup
22:45. Polşa - Niderland
22:45. Belçika - Uels
Xal durumu: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1
C Liqası
1-ci qrup
22:45. Türkiyə - Lüksemburq
22:45. Litva - Farer adaları
Xal durumu: Türkiyə - 9, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0
3-cü qrup
18:00. Qazaxıstan - Belarus
22:45. Slovakiya - Azərbaycan
Xal durumu: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2
D Liqası
1-ci qrup
20:00. Latviya - Moldova
22:45. Lixtenşteyn - Andorra
Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0