Son 5 ildə Azərbaycanda qızlara ən çox Zəhra adı qoyulub.
XəzərXəbər xəbər verir ki, "Metrix”in araşdırmasına görə, Zəhra adına 9827 dəfə müraciət olunub.
Oğlanlar arasında isə ən çox qoyulan ad Yusifdir. Son 5 ildə doğulan 9686 oğlan uşağı bu adı daşıyır.
Göstərilən dövrdə Fateh adına cəmi 1983 dəfə müraciət edilib. Nəticədə, bu ad siyahıda sonuncu yerdə qərarlaşıb.