İspaniyanın “Barselona” futbol klubu növbəti mövsüm üçün gözlənilməz forma rəngi seçib.
Xezerxeber.az xəbər verir ki, Kataloniya klubunun 2023-2024-cü il mövsümü üçün səfər forması ağ rəngdə olacaq.
Klubun prezidenti Joan Laporta və İdarə Heyətinin üzvləri artıq bunu təsdiqləyiblər.
Bundan əlavə, formada 70-ci illərin klub embleminə bənzər retro emblem də yer alacaq.
“Barselona” sonuncu dəfə 1977-1978-ci il mövsümündə ağ formada çıxış edib.