“Qarabağ” Avropa miqyaslı klub turnirlərində yubiley oyununu keçirəcək.
Bu yubiley Çexiyanın Plzen şəhərində gerçəkləşəcək.
Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə qarşılaşması Ağdam klubu üçün avrokuboklarda 150-ci sınaq olacaq. Qitə miqyaslı yarışlarda 1996-cı ildə debüt edən “Qarabağ” indiyədək 149 matça çıxıb.
Bölgə təmsilçisinin hesabında 54 qələbə, 40 heç-heçə və 55 məğlubiyyət var. Rəqib qapılarına 163 top vuran ağdamlılar 188 qol buraxıb.
Əvvəlki 149 matç beş fərqli turnir çərçivəsində olub. Onlardan 47-si Çempionlar Liqası, 81-i Avropa Liqası (əvvəlki UEFA kuboku), 14-ü Konfrans Liqası, 4-ü Kuboklar kuboku, 4-ü İntertoto kubokuna təsadüf edib.
Qeyd edək ki, təmsilçimizin ilk avrokubok matçı 1996-cı il avqustun 8-də “MüPA”ya qarşı olub. “Qarabağ” ev oyununda Finlandiya klubuna 0:1 hesabı ilə uduzub. (Apasport.az)