Xəzər Xəbər

"Viktoriya" - "Qarabağ" oyununun hakimləri məlum olub

İdman | 13:00 • 21 Avqust 2022
"Viktoriya" - "Qarabağ" oyununun hakimləri məlum olub

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. (Report)

Xəbər lenti

Çox oxunanlar