“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu karyerasını Fransa çempionatında davam etdirə bilər.
Bu barədə jurnalist Nikkolo Çekarini sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, portuqaliyalı futbolçunun agenti Xorxe Mendeş mümkün transferi müzakirə etmək üçün “Marsel” təmsilçiləri ilə əlaqə saxlayıb.
Daha əvvəl bildirilirdi ki, Ronaldunun karyerasını davam etdirmək üçün cəmi iki variantı var - Dortmund “Borussiya”sı və ya “Sportinq”.
“Borussiya”nın baş direktoru Hans-Yoaxim Vatzke klubun 37 yaşlı portuqaliyalının nümayəndələri ilə əlaqəsinin olmadığını bildirib.
Mənbə: Cempionat