Xəzər Xəbər

Azərbaycan gimnastı İslamiadada qızıl medal qazanıb

İdman | 13:41 • 14 Avqust 2022
Azərbaycan gimnastı İslamiadada qızıl medal qazanıb

Azərbaycan gimnastı Vladimir Dolmatov V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda qızıl medal qazanıb.

Xezerxeber.az xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Xəbər lenti

Çox oxunanlar