“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc etməyə başlayıb.
Salah, Kurtua – “Qızıl top”a namizədlərin 1-ci beşliyində, Levandovski, Vinisius – 2-ci beşlikdə, Benzema - 3-cü beşlikdə yer alıb.
Ümumilikdə dünya futbolunda əsas fərdi mükafata 30 iddiaçı təqdim olunacaq.
İlk beşlik:
Tibo Kurtua (“Real” Madrid, Belçika)
Rafael Leau (“Milan”, Portuqaliya)
Kristofer Nkunku (“Leypsiq”, Fransa)
Mohamed Salah (“Liverpul”, Misir)
Yozua Kimmix (“Bavariya”, Almaniya)
İkinci beşlik:
Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə)
Vinisius Junior (“Real” Madrid, Braziliya)
Bernardu Silva (“Mançester Siti”, Portuqaliya)
Luis Dias (“Liverpul”, Kolumbiya)
Robert Levandovski (“Bavariya”/“Barselona”, Polşa)
Üçüncü beşlik:
Riyad Marez (“Mançester Siti”, Əlcəzair)
Kazemiro (“Real” Madrid, Braziliya)
Son Xın Min (“Tottenhem”, Cənubi Koreya)
Fabinyo (“Liverpul”, Braziliya)
Karim Benzema (“Real” Madrid, Fransa)