Üçqat Avropa və dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Xezerxeber.az xəbər verir ki, qızıl medal uğrunda görüşdə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib.
İlk hissədə hesabda geri olan R.Hüseynov sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər. Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.