Xəzər Xəbər

"Barselona" bu futbolçularla yollarını ayıra bilər

İdman | 12:23 • 11 Dekabr 2021
"Barselona" bu futbolçularla yollarını ayıra bilər

"Barselona" qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Serjinyo Dest və yarımmüdafiəçi Frenki de Yonqla yollarını ayıra bilər.

Göstərilən mümkün satışa səbəb Kataloniya klubunun Çempionlar Liqasını tərk etməsi olub. "Barsa"-nın büdcəsi ona xeyli miqdarda pul gətirə biləcək əsas Avropa turnirinin pley-off mərhələsinə çıxmaq niyyətinə əsaslanırdı.

Qrup mərhələsinin son oyununda “Barselona” “Bavariya”ya 0:3 hesabı ilə uduzub. Bu nəticə kataloniyalılara Çempionlar liqasının 1/8 finalına çıxmağa imkan vermədi və onlar çıxışlarını UEFA Avropa liqasının 1/16 finalında davam edəcəklər.

Xəbər lenti

Çox oxunanlar