Xəzər Xəbər

UEFA Konfrans Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

İdman | 14:06 • 9 Dekabr 2021
UEFA Konfrans Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 9-da futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turunun oyunları keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, “Qarabağ”ın yer aldığı H qrupunda əsas mübarizə liderlik uğrunda gedəcək. İsveçrədə “Bazel”in qonağı olacaq Ağdam klubu səkkizdəbir finala adlamaq üçün mütləq qalib gəlməlidir.

C qrupunda yer alan “Roma” klubu səfərdə Bolqrıstanın “MOİK-Sofiya” komandası ilə üz-üzə gələcək. Qrup lideri – Norveçin “Budyo Qlimt” klubu isə Ukraynada “Zarya Luqansk” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Norveçlilər xal itirəcəkləri halda və “Roma” qələbə qazanarsa italyalılar qrup mərhələsini lider kimi başa vuracaqlar.

G qrupunda İngiltərənin “Tottenhem” və Fransanın “Renn” klubları arasında keçirilməli olan qarşılaşma London təmsilçisinin heyətində koronavirusa kütləvi yoluxma halları əlaqədar təxirə salınıb. UEFA bu görüşlə bağlı qərarını daha sonra açıqlayacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

“LASK” (Avstriya) – “HİK” (Finlandiya);

“Alaşkert” (Ermənistan) – “Makkabi” (Təl-Əviv, İsrail).

Qrupdakı vəziyyət: LASK - 13, “Makkabi” - 10, HİK - 6, “Alaşkert” - 0.

B qrupu

“Gent” (Belçika) – “Flora” (Estoniya);

“Partizan” (Serbiya) – “Anortosis” (Kipr).

Qrupdakı vəziyyət: “Gent” - 10, “Partizan” - 7, “Flora” - 5, “Anortosis” - 5.

C qrupu

“MOİK-Sofiya” (Bolqarıstan) – “Roma” (İtaliya);

“Zarya” (Luqansk, Ukrayna) – “Budyo Qlimt” (Norveç).

Qrupdakı vəziyyət: “Budyo Qlimt” - 11, “Roma”- 10, “Zarya” - 6, “MOİK-Sofiya” - 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – “Yablonets” (Çexiya);

“AZ Alkmar” (Niderland) – “Randers” (Danimarka).

Qrupdakı vəziyyət: “AZ Alkmar” - 11, “Randers” - 7, “Yablonets” - 6, ÇFR - 1.

E qrupu

“Union Berlin” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya);

“Feyenoord” (Niderland) – “Makkabi Hayfa” (İsrail).

Qrupdakı vəziyyət: “Feyenoord” - 11, “Slaviya” - 7, “Union Berlin” - 6, “Makkabi Hayfa” - 4.

F qrupu

“Kopenhagen” (Danimarka) – “Slovan” (Bratislava, Slovakiya);

PAOK (Yunanıstan) – “Linkoln” (Cəbəllütariq).

Qrupdakı vəziyyət: “Kopenhagen” - 12, “Slovan” - 8, PAOK - 8, “Linkoln” - 0.

G qrupu

“Vitess” (Niderland) – “Mura” (Sloveniya).

Qrupdakı vəziyyət: “Renn” - 11, “Tottenhem” - 7, “Vitess” - 7, “Mura” - 3.

H qrupu

“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan);

“Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan).

Qrupdakı vəziyyət: “Bazel” - 11, “Qarabağ” - 11, “Omoniya” - 3, “Kayrat” - 1.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024