"Fənərbağça"nın macar müdafiəçisi Atilla Salai haqqında yayılan şayiələrə aydınlıq gətirib.
XəzərXəbər "Fotomaç" saytına istinadən xəbər verir ki, futbolçu klubda qalacağını açıqlayıb:
“Əziz "Fənərbağça" ailəsi! Haqqımda çox söz-söhbət gəzir. Menecerim mənə dedi ki, ən yaxşı komandalardan təkliflər var, amma mən burdayam və komandanın məqsədləri üçün mübarizə aparıram”.
Xatırladaq ki, İngiltərə mətbuatı Salainin "Çelsi"yə keçəcəyi barədə xəbərlər yayıb.