Dekabrın 8-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Xezerxeber.az xəbər verir ki, qrup mərhələsinin altıncı turunun ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
Gecənin ən maraqlı görüşü E qrupunda yer alan komandalar - növbəti raunda vəsiqəni təmin etmiş “Bavariya” ilə ikinci yer uğrunda mübarizə aparan “Barselona” arasında keçiriləcək. Qrupun digər oyununda “Benfika” Portuqaliyada heç bir iddiası qalmayan “Dinamo Kiyev” komandasını sınağa çəkəcək. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar “Bavariya” ilə oyunun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqlar. Xallar bərabər olacağı halda isə “Benfika” mübarizəni səkkizdəbir finalda, “Barselona” isə UEFA Avropa Liqasında davam etdirməli olacaq.
H qrupunda “Yuventus” İsveçin “Malmö” klubunu, “Çelsi” isə “Zenit” komandasını sınağa çəkəcək. Bu qrupda həm səkkizdəbir finalın, həm də UEFA Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedəcək.
Günün bütün görüşləri aşağıdakılardır:
E qrupu
“Benfika” (Portuqaliya) – “Dinamo Kiyev” (Ukrayna);
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya).
Qrupdakı vəziyyət: “Bavariya” - 15, “Barselona” - 7, “Benfika” - 5, “Dinamo Kiyev” - 1.
F qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə);
“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya).
Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 10, “Vilyarreal” - 7, “Atalanta” - 6, “Yanq Boyz” - 4.
G qrupu
“Zaltsburq” (Avstriya) – “Sevilya” (İspaniya);
“Volfsburq” (Almaniya) – “Lill” (Fransa).
Qrupdakı vəziyyət: “Lill” - 8, “Zaltsburq” - 7, “Sevilya” - 6. “Volfsburq” - 5.
H qrupu
“Yuventus” (İtaliya) – “Malmö” (İsveç);
“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə).
Qrupdakı vəziyyət: “Çelsi” - 12, “Yuventus” - 12, “Zenit” - 4, “Malmö” - 1.
Qeyd edək ki, “Paris Sen-Jermen”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Ayaks”, “Sportinq”, “Real Madrid”, “Atletiko Madrid”, “Bavariya”, “İnter” və “Yuventus” klubları səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər.