Dekabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, "Qarabağ" klubu "Sabah" komandasını qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2.
Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.